13 oktyabr 2023
Lankaran Springs Wellness Resort

Hilton Baku hoteli ilə Ekoloji Maarifləndirmə Təlimi

Azərbaycan Hotel Assosiasiyasının üzvü Hilton Baku hotelinin Ekoloji Maarifləndirmə Aksiyası və AHA-nın Dayanıqlılıq İşçi qrupunun fəaliyyəti çərçivəsində  Lənkəran Peşə Liseyinin tələbələri üçün təlim təşkil ediləcəkdir.

Təlim zamanı tələbələrə Hilton komandası tərəfindən Hiltonun davamlılıq strategiyası – planetimizə, ətraf mühitə və cəmiyyətə verə biləcəyimiz töhvələr, həmçinin Uğurlu otel karyerası üçün təməl addımlar mövzusunda təlim keçiləcək.

AHA adından ekoloji dayanıqlılıq və ətraf mühitin qorunması missiyasına öz töhvəmizi verdiyimiz üçün şadıq. Hilton Baku hotelinin komandasına göstərdikləri təşəbbüs və maraqlı təlim proqramı üçün minnətdarıq.

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.