Azərbaycan Hotel Assosiasiyası ölkə hotellərinin xidmət keyfiyyətinin yüksəldilməsi missiyasını davam etdirir!
Məmnuniyyətlə bildiririk ki, AHA-nın həmkar üzvü Novator HRC şirkətinin və Lənkəran Regional Turizm İdarəsinin dəstəyi ilə Lənkəranda yerləşən hotellərin əməkdaşları üçün "Hotellərdə Təmizlik və Gigiyena" mövzusunda təlim keçiriləcək.
Tarix: 23 May 2023 | 09:30
Məkan: Lankaran Springs Wellness Resort
Tədbirdə Novator HRC şirkətinin mütəxəssisləri mətbəx, təmizlik və camaşırxana şöbələrində təmizlik qaydaları, təmizlik avadanlıqları və kimyəvi maddələrdən təhlükəsiz istifadə və HACCP - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri mövzuları haqqında biliklərini paylaşacaq.
Region hotellərində xidmət səviyyəsinin inkişafı və beynəlxalq standartlara uyğunlaşması istiqamətində fəaliyyətimizi digər regionlarda da davam etdirəcəyik.
23 may 2023
Lankaran Springs Wellness Resort