7 dekabr, 2022-ci il tarixində Azərbaycan Hotel Assosiasiyasının (AHA) V Baş Assambleyası baş tutmuşdur.
Hər ilin sonunda AHA üzvləri ilə birlikdə Assosiasiyanın illik fəaliyyətlərini yekunlaşdırmaq və sənayenin son trendlərini müzakirə etmək üçün Baş Assambleya keçirir.
Baş Assambleyanın açılış nitqini Dövlət Turizm Agentliyinin sədri cənab Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri cənab Florian Zenqstşmit etmişdir.
Assosiasiyanın baş icraçı direktoru Günay Sağlam qonaqlara AHA-nın illik fəaliyyətləri, Milli Ulduz Təsnifatı prosesi və 2023-ci il üçün olan planlar haqqında məlumat vermişdir.
Tədbirə xüsusi əhəmiyyət qatan tərəfdəşların çıxışları olmuşdur. PwC Azərbaycanda Məsləhət xidmətləri istiqamətinə liderlik edən
İlahə Z. Əmirbəyova dünyada və ölkəmizdəki Turizmin və İstisadiyyatının ən son trendləri və statiskası haqqında məlumat vermişdir.
Travelline şirkətinin Beynəlxalq biznesin inkişafı üzrə direktor müavini - Anar Zamanov hotellərdə Birbaşa rezervasiyaların əhəmiyyəti haqqında təqdimat etmişdir. Bundan əlavə, TrustYou şirkətinin EMEA Regionunda satış müdiri Radka Telyčková Ölkə üzrə ümumi qonaq rəylərinin statistikasını bölüşmüşdür.
Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi sektorunun müdiri Səkinə Əsgərova Azərbaycanda qastronomiyanın perspektivləri haqqında qonaqlara məlumat vermişdir.
Tədbirin sonunda ilin ən yaxşı işçisi və qonaq rəyləri üzrə ilin ən yaxşı qonaq performansı hotelinin mükafatlandırma mərasimləri keçirilmişdir.