Sentyabrın 20-də, Azərbaycan Hotel Assosiasiyasının üzvlərinin baş direktorlarının görüşü keçirilmişdir. Görüş zamanı assosiasiyanın hotelçilik sənayesinin inkişafı üçün gördüyü işlər və gələcək planlar müzakirə edilmişdir. Assosiasiyanın yeni üzvləri idarə heyətinə təqdim edilmişdir və üzvlər tərəfindən qarşılanmışdır.
Turizm komitəsinin və turizm şirkətləri ilə əməkdaşlığın yaradılması, sənayenin kadr çatışmazlığı ilə bağlı yaranan problemlər, hotelçilik ixtisası ilə bağlı təhsil müəssələrində maarifləndirmənin aparılması, müxtəlif təlimlərin keçirilməsi, hotellərdə ümumi keyfiyyətin artırılması görüşün mövzuları olmuşdur. Əlavə olaraq, tədbir zamanı builki Baş Assambleyanın tarixi və yeni İdarə Heyətinə üzv seçkiləri haqqında məlumatlar də üzvlərə çatdırılmışdır.
Müzakirə olunan mövzular və gələcək fəaliyyətlər AHA-nın işçi qrupları tərəfindən davam etdiriləcək.