Fəaliyyətinin bir illiyi münasibəti ilə Azərbaycan Hotel Assosiasiyası üzvlərini 2-ci Baş Assambleyaya dəvət edir. Biz, öz dəyərli fikirlərini bölüşmək və üzvlərimizi narahat edən mövzularda sual və çətinliklərə cavab vermək üçün sənayenin ən yaxşı mütəxəssislərini bu tədbirə dəvət etmişik. Ölkədəki mövcud turizm vəziyyətindən 2020-ci ilin planlarına, AHA-nın illik hesabatından, qarşıdakı fəaliyyət istiqamətlərinə qədər mövzuları əhatə edən gündəlik hazırlamışıq. Qarşıdan gələn milli təsnifat proseduru, eləcə də tezliklə tətbiq ediləcək yeni turizm qanunu haqqında məlumat almaq üçün sizi bu tədbirdə görməyə şad olardıq. Tədbirin gündəliyi elektron poçt ünvanlarınıza göndəriləcəkdir.
4 dekabr 2019
Bulvar Hotel, Bakı
Azərbaycan Hotel Assosiasiyası 2-ci Baş Assambleyasına sizi dəvət edir
AHA-nın illik hesabatından tutmuş gələcək planlarına qədər sizin üçün maraqlı ola biləcək mövzularla tədbirimizdə tanış ola bilərsiniz.