17 dekabr, 2021-ci il tarixində Azərbaycan Hotel Assosiasiyasının (AHA) IV Baş Assambleyası baş tutmuşdur.
Baş Assambleya AHA tərəfindən hər il, yalnız üzv-hotellərin iştirakı ilə keçirilən tədbirdir.
Tədbirdə üzvlərimizə illik fəaliyyətlərimiz, bazar trendləri, Milli Ulduz Təsnifatı prosesi və 2022-ci il üçün olan planlarımız haqqında məlumat verildir.
Uzun zaman sonra nəhayət bütün üzvlərimizlə bir araya gəldik, hotellərdəki ən son vəziyyəti və COVID-19 ilə bağlı qərarların hotellərə olan təsirini müzakirə etdik.
Tədbirə qatılmış hər bir üzvümüzə təşəkkür edirik və qarşıdan gələn 2022-ci ildə müvəffəqiyyət arzu edirik!