Tullantıların düzgün atılmaması və tullantı miqdarının artması bütün dünyada insanların üzləşdiyi əsas qlobal problemlərdən biridir.
Tullantıların düzgün atılmaması ilə bağlı problemlər drenaj və ya kanalların tıxanması, sel və xəstəliklər kimi digər problemlərə səbəb olmuşdur. Bu səbəbdən ətraf mühitin qorunması hər birimizin məsuliyyətidir və bu problemləri həll etmək yollarını tapmaq çox önəmlidir.
Tullantı problemi üçün həll yollarından biri də «3R» tətbiq etməkdir: «Reduce», «Reuse» and «Recycle»:
- «Reduce» - tullantı miqdarını azaltmaq
- «Reuse» - tullantının təkrar istifadəsi
- «Recycle» - yeni məhsullar əldə etmək üçün materialın təkrar emalı
Tullantıların ayrılması
«3R»’in işləməsi üçün ilk olaraq, tullantını iki növünü anlamaq və onları ayırmaq gərək.
Birincisi, hansı tullantı növü təkrar emal edilə biləndir, hansı deyildir anlamalıyıq.
⁃ «Biodegradable» - bioloji olaraq parçalana bilən tullantıdır və onu kompost edərək əkinçilikdə gübrə olaraq istifadə etmək olar.
⁃ «Non biodegradable» - bioloji olaraq parçalana bilməyən tullantı.
Sonra isə, ikinci növ - bioloji olaraq parçalanmayan tullantıları kağız, plastik, metal və şüşəyə ayırmaq. Buna «tullantıların ayrılması» deyilir.
Mavi, sarı, qırmızı və yaşıl tullantı qutuları üçün istifadə olunan rənglərdir.
Azərbaycan Hotel Assosiasiyası olaraq, ölkəmizdə fəaliyyət göstərən hər bir hoteli ətraf mühiti qorumaq üçün tullantıları doğru şəkildə idarə etməyə çağırırıq!
#GlobalTourismPlasticsInitiative həştəqi ilə siz də öz təcrübənizi paylaşaraq kampaniyaya qoşulun!