Şəbnəm Fərman
İdarə Heyətinin Üzvü
Baş İcraçı Direktor, Gabala Hospitality Group
Şəbnəm Fərman Azərbaycanın gözəl bölgəsi olan Qəbələdə yerləşən, altı möhtəşəm otel, Tufandağ Xizək kompleksi və Qəbələnd Əyləncə Parkının idarəetmə şirkəti olan “Gabala Hospitality Group”un Baş İcraçı Direktorudur.
Turizm sahəsindəki fəaliyyətinə başlamazdan əvvəl, üç fərqli qitədə, reklam, avtomobil, təhsil və konsaltinq kimi müxtəlif sahələrdə sənayenin aparıcı şirkətlərindən təcrübə qazanmağa nail olmuşdur. O, qonaqpərvərlik sənayəsinə 8 il əvvəl, Kanadanın ən böyük Casino Resorts Corporation-da qatıldı, daha sonra Şahdağ Turizm Mərkəzində yerləşən, Autograph Collectiona məxsus, iki lüks otelin Satış və Marketinq şöbəsini idarə edərək Absheron Hotel Group ilə davam etdi. Beş il əvvəl, Tufandağ Xizək Mərkəzi və beşulduzlu Tufandağ Mountain Resort oteldə Baş Menecer olaraq Gilan Holding komandasının üzvü oldu və daha sonra 2019-cu ildə Gabala Hospitality Group'un Baş Icraçı Direktoru təyin edildi.
Maliyyə sahəsində bakalvr təhsili ilə başlayan ali təhsil hədəflərini, Fransada Beynəlxalq Biznesin İdarəetmə Magistrı daxil olmaqla 3 ali dərəcə, və Kanadada müxtəlif sertifikat proqramları ilə izlədi.
2016-cı ildən bəri F1 yarışları da daxil olmaqla müxtəlif könüllü layihələrində aktiv iştirak edir.