Tez-tez verilən suallar

Milli Ulduz Təsnifatı auditlərinin tətbiqi ilə bağlı tez-tez verilən suallar

 

Təsnifat zamanı neçə otaq yoxlanılır?

Yoxlanılacaq otaqların sayı və ya faizi məcburi şəkildə qeyd olunmur. Təsnifat zamanı auditorlar təsadüfi bir şəkildə yoxlama üçün hər kateqoriyadan bir neçə otaq seçəcəklər.


Qonaq rəyləri necə yoxlanılır?

Qonaq rəyləri yoxlamadan əvvəl və sertifikatın qüvvədə olduğu müddətdə (3 il) mütəmadi yoxlanılır.


Hotelə yoxlama zamanı ballar verilərkən nələr nəzərə alınır?

Ballar yalnız hər bir otaq üçün bir meyar tamamilə yerinə yetirildikdə və ya müvafiq meyarlarda göstərildiyi zaman verilir..


Hotel “superior” təsnifat kateqoriyasına sahib olmağının sənədli sübutlarını necə təqdim edə bilər?

“Superior” kateqoriyası hotelin marketinq platformalarında istifadə edilə bilər.


HSU meyarlar kataloqu hansı müddətdə keçərlidir?

Təsnifat meyarları müntəzəm olaraq bazarın tələblərinə uyğunlaşdırılmalıdır. Sistem müntəzəm olaraq (maksimum altı il) yenilənir. Mövcud meyarlar kataloqu 2025-ci ilə qədər etibarlıdır.


Hotel təsnifat sistemi niyə könüllü olduğu kimi məcburi meyarlara da malikdir?

Hər bir kateqoriya üçün məcburi meyarlar standart keyfiyyət səviyyəsinə zəmanət verir. Könüllü meyarlar isə sahibkara qonaqlarına əlavə xidmətlər təklif etmək azadlığını verir.


Hotellə bağlı ümumi təəssürat _____________   tələblərə uyğundur. Bu nə deməkdir? 

Mebel və avadanlıqlar yüksək keyfiyyətlidir və rahatlıq tələblərinə cavab verir. 


Bizim hoteldə yalnız ayaqqabı təmizləmə maşınının mövcud olması yetərlidirmi?

Ayaqqabı təmizləmə maşınının və ya belə bir servisdən birinin mövcudluğu yetərlidir.


Qonaqlar üçün ikidilli məlumat kataloqu - Bu meyarda tam olaraq nə nəzərdə tutulmuşdur?  

Burada hotelin təklif etdiyi xidmətlər haqda məlumat toplusunun mövcudluğu nəzərdə tutulmuşdur. Digital və ya kitab şəklində təqdim oluna bilər.


Yuyulabilən vanna palazı – Bizim hoteldə yalnız ayaq dəsmalı (gündəlik yenilənən) mövcuddur, bu yetərlidir? 

Bəli, yetərlidir.  


“Valet” parkinq xidməti nə deməkdir?

Burada qonaq hotelə daxil olarkən maşınını parkinq etməsi və hoteli tərk edərkən maşınını girişə gətirməsi üçün xüsusi ayrılmış işçi (valet) nəzərdə tutulmuşdur. 


Hotel resepşnının bağlı olduğu 8 saat ərzində hotel əməkdaşları ilə necə əlaqəyə keçə bilərlər?

Hotel əməkdaşları 24 saat ərzində əlçatan olmalıdırlar. 


Konsierj və qapıda durmaq üçün xüsusi ayrılmış işçi eyni şəxs ola bilərmi?

Xeyr, bu nüans xüsusilə istisna olunmuşdur. Yalnız ayrıca təyin olunmuş işçilər olarsa o meyarlara uyğun bal əldə etmiş olursunuz.


Niyə hotelin ulduz kateqoriyasına uyğun minimum otaq ölçüsü haqda tələblər təqdim olunmamışdır?

Hotelstars meyarlarında otaq ölçüsü haqda heç bir tələb yoxdur. Geniş və yüksək kateqoriyalı otaqlar hotelə daha çox bal verir.


Yastıqların illik təmizlənməsi və / və ya yastıqların yenilənməsi 

Yalnız sertifikat və ya hesab-faktura ilə təsdiqlənə bilər. Əgər hotel öz paltaryuyan maşınlarında mütəmadi olaraq 60 və 90 dərəcədə yastıqlarını yuyaraq qeydiyyat aparırsa, bu meyar tamamlanmış sayıla bilər.


Müxtəlif növ asılqanlar (kifayət sayda) dedikdə nə nəzərdə tutulur?

Müxtəlif növ asılqan dedikdə, şalvar, yubka, kofta pencək və s. asılqanlar nəzərdə tutulur.


Restoran həmçinin konfrans otağı kimi də istifadə oluna bilərmi? 

Xeyr, konfrans otağı avadanlıqları mövcud olan bir restoran belə auditorlar tərəfindən konfrans salonu kimi tanınmayacaq.

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.