Həmkar üzvlər
Həmkar üzvlər AHA və qonaqpərvərlik sənayesinin böyümə və inkişafını dəstəkləyən əsas təchizat şirkətlərdir.
Üzvlüyün üstünlükləri
Həmkar üzvlərə qonaqpərvərlik sənayesinə maraq göstərən və AHA-nın vacib bir hissəsi olaraq, hotel məhsul və xidmətlərini təmin edən təchizat şirkətləri, banklar, konsultantlar və s. təşkilatlar aiddir. Həmkar üzvlər üçün AHA sənayə dəstəyini nümayiş etdirmək, şirkətlərini təmsil etmək və öz bizneslərini səmərəli qurmaq üçün platforma kimi təklif edir. Sənayedə şəbəkəni genişləndirmək və şirkətin imkanlarını tanıtmaq üçün bu, mükəmməl vasitədir. Əsas məqsəd, sənaye və xidmət təminatçılarının birlikdə əməkdaşlıq haqqında fikir mübadiləsi edə bilməsi üçün imkan yaratmaqdır.
Həmkar üzvlüyün üstünlükləri
- Həmkar üzvlərin sənaye iştirakçıları ilə əlaqə qurmaq və şəbəkə yaratmaq üçün AHA tərəfindən təşkil olunan tədbirlərə eksklüziv giriş imkanı var.
- Həmkar üzvlər sponsorluq və tərəfdaşlıq üçün xüsusi imkanlara malikdir.
- Həmkar üzvlərinin sektoru daha yaxşı tanımaq, boşluqları müəyyənləşdirmək və yenilikçi fikirlər, həllər yaratmaq üçün vebinarlar və hesabatlar da daxil olmaqla sənaye haqda məlumatlara giriş imkanları vardır.
- Həmkar üzvlərimiz son kampaniyalara və tədbirlərə giriş əldə etmək üçün hotelassociation.az veb saytında xüsusi kabinetə malikdir.
- Həmkar üzvlər birgə tədbirlər, məsələn seminarlar, təlimlər, məhsul təqdimatları və s. təşkil edə və keçirə bilərlər.
- Həmkar üzvlər AHA-nın veb-saytında "xüsusi təkliflər" altında üzv hotellər üçün xüsusi təkliflər və endirimlər yerləşdirə bilərlər.
Həmkar üzv olmaq üçün
aşağıdakı düymə vasitəsilə qeydiyyatdan keçin⠀⠀⠀⠀⠀