29 noyabr 2019
Bakı Konqres Mərkəzi

AHA 2019 Azərbaycan Turizm Sammitində

Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bürosu ilə birlikdə Bakı Konqres Mərkəzində ilin ən böyük turizm tədbiri - 2019-cu il Azərbaycan Turizm Sammitini təşkil edir.

Noyabrın 29-da Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bürosu ilə birgə Bakı Konqres Mərkəzində ilin ən böyük turizm tədbiri - 2019-cu il Azərbaycan Turizm Sammitini təşkil edəcəkdir. Azərbaycan Hotel Assosiasiyası olaraq, biz də hər il keçirilən Turizm Sammitinin bir hissəsiyik, bütün dəstəyimizi və ilham verən “Qonaqpərvərlik sahəsində ən yaxşı təcrübələr” adlı sessiyamızı təklif edirik. Sessiyada siz, qonaqpərvərliyin ən yaxşı təcrübələri ilə bağlı üç mövzu "Uğurlu otelin e-marketinqi və sosial media strategiyaları", "Biz xanımlara və cənablara qulluq edən xanımlar və cənablarıq" 'Oteldə Milli Marka və Xüsusiyyətlərin İstifadəsində Ən Yaxşı Tətbiqlər' ətrafında JW Marriott Absheron Baku şirkətinin Əməliyyatlar üzrə direktoru Maks Venturelli, "Four Seasons Baku" şirkətinin marketinq üzrə direktoru Ülviyyə Talishinskaya və "Marxal Resort Baku" nun baş meneceri Nəcəf Bədəlov- un uzun illik təcrübələrini və təqdimatlarını dinləmək imkanınız olacaqdır. Tədbirə hər kəs dəvətlidir.

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.