Sponsorluq və tərəfdaşlıq

AHA qonaqpərvərlik sənayesinin gələcəyinə inanan və AHA missiyasına böyük dəyər və müsbət töhfə vermək istəyən sponsorları və tərəfdaşları öz sıralarına qoşulmağa dəvət edir.

Hotel məhsul və ya xidmət təchizatı şirkətlərini hədəf bazarlara daxil olmaq və əlaqələr qurmaq üçün AHA-nın illik tədbirlərində sponsorluq, nəşr olunan məlumat və hesabatlarda əməkdaşlıq, habelə vebinarlar, seminarlar, tədbirlər, şam yeməkləri və s. daxil olmaqla sponsorluq imkanlarından faydalana bilərlər.

Böyük tədbirlərin sponsor və iştirakçısı olaraq, sponsorlar həmfikir insanlar və sənaye nümayəndələri ilə əlaqə yaratmaqla strategiyalarını düzgün qurmaq imkanı əldə edirlər. AHA sponsorluq paketləri fərdi şəkildə şirkətinizin fərqli biznes tələblərinə uyğun olaraq hazırlanır. AHA tərəfindən təşkil olunan tədbirlər 150-dən çox üzv hotel nümayəndələrini və sənayedə qərar qəbul edən şəxsləri, dünyadakı qlobal tərəfdaşları və dövlət orqanlarının nümayəndələrini bir araya gətirir.

Sponsor haqda məlumat

250+

Yerli & Qlobal tərəfdaşlar

4

Qlobal tərəfdaşlar

45

Hotel & Hostel

2

Digər

Zəhmət olmasa qeydiyyat formasını doldurun. Komandamız qısa zamanda sizinlə əlaqə saxlayacaq

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.