Şərtlər və qaydalar

Şərtlər & Qaydalar

 
        Cari “Müddəalar və şərtlər”  http://hotelassociation.az  veb-saytından (bundan sonra “veb-sayt”) istifadəni ehtiva edir və veb-sayta daxil olmaqla “Müddəalar və şərtlər”i tam şəkildə qəbul etdiyinizi təsdiqləmiş olursunuz. Azərbaycan Hotel Assosiasiyası (bundan sonra “AHA”) istənilən zaman cari “Müddəalar və şərtlər”i dəyişə bilər. Bu zaman istifadəçilər yenilənmiş “Müddəalar və şərtlər”ə əməl etməlidirlər.


Əqli mülkiyyət hüquqları

Veb-sayt AHA-nın mülkiyyətindədir. Veb-saytdakı bütün yazılı, qrafik, əmtəə nişanları (loqolar) məlumatlar və materialların (bundan sonra ümumi şəkildə “Məzmun”) müəllif hüquqları AHA-ya məxsusdur, yaxud AHA qeyd edilən məzmunun lisenziyasına malikdir. Məzmun müəlliflik hüququ, ticarət nişanı və Azərbaycan Respublikasının digər əqli mülkiyyət qanunlarına, xarici yurisdiksiyalara və beynəlxalq konvensiyalara əsasən qorunur.

Veb-saytda təqdim olunan məzmun yalnız şəxsi istifadə üçündür və məzmunun kommersiya məqsədləri üçün hər hansı digər istifadəsi qadağandır. Məzmunun AHA-nın əvvəlcədən yazılı razılığı olmadan ticari məqsədlər üçün nüsxələrinin çıxarılması və ya başqa bir şəkildə yayılması qadağandır.

Veb-saytdakı müəllif hüququ qanunları ilə tənzimlənən məzmun materialları yalnız müəlliflərin və ya müəllif hüquqları sahiblərinin tələb etdiyi şərtlərə və öhdəliklərə uyğun olaraq təkrar istehsal edilə bilər. Bu cür qorunan materiallar müəllif hüquqları qaydalarına uyğun olaraq təhsil, araşdırma, xəbər və hesabat kimi qeyri-kommersiya məqsədləri üçün istifadə edildiyi təqdirdə, mənbə göstərilməli və vicdanla istifadə edilməlidir.

 

Məhdudiyyətlər

İstifadəçilərin aşağıdakı fəaliyyəti xüsusən məhdudlaşdırılır:

Hər hansı Məzmun materialının satışı və ya başqa kommersiya fəaliyyətində istifadəsi;
Məzmun materiallarından AHA-nın maraqlarına zərbə vuran və ya zərər verə biləcək hər hansı bir şəkildə istifadə;
İstifadəçinin veb-sayta daxil olmasına zərər verən hər hansı bir şəkildə istifadə;
Veb-saytdan tətbiq olunan qanun və qaydalara zidd olaraq və ya hər hansı formada veb-sayta, istənilən şəxsə və ya sahibkarlıq subyektinə zərər vura biləcək şəkildə istifadə;
Veb-saytla əlaqəli istənilən məlumatların çıxarılması, toplanması, ötürülməsi və ya digər oxşar fəaliyyətlər;
Hər hansı reklam və ya marketinq fəaliyyəti ilə məşğul olmaq üçün veb-saytdan istifadə.


Şəxsi məlumatların qorunması

AHA ancaq bu veb-saytı ziyarət edən şəxslər barədə yalnız statistik məqsədlər üçün məlumat toplamaq hüququnu özündə saxlayır. İstifadəçilər şəxsi məlumatlarını bizə etibar etdikdə, AHA müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq şəxsi məlumatların məxfiliyinə zəmanət verir. İstifadəçilər tərəfindən bizə həvalə olunan məlumatlar üçüncü tərəflərə və ya müvəkkil olunmamış şəxslərə açıqlanmayacaq və yalnız verilmiş məqsəd üçün istifadə ediləcəkdir (ziyarətçilərin şəxsi məlumatlarının necə qorunması barədə daha çox məlumat üçün Məxfilik Siyasətinə baxın).

Bu veb saytın düzgün işləməsini təmin etmək üçün kukilərdən istifadə olunur (daha çox məlumat üçün Kukilər Siyasətinə baxın).

 

İmtina

ATB veb-saytın ziyarət edilməsi və ya hər hansı istifadəsi nəticəsində yaranan texnoloji avadanlıq, cihaz və ya tətbiqlərə dəyən ziyana görə heç bir məsuliyyət daşımır.

ATB veb-saytda dərc edilmiş hər hansı Məzmunun düzgünlüyü və dolğunluğunu təmin etməyi öhdəsinə götürür, lakin ATB veb-saytın Məzmununun hər hansı hissəsinin düzgünlüyünə, tamlığına və ya istifadəsinə dair heç bir hüquqi məsuliyyət daşımır.

ATB veb-saytın məzmununu istənilən vaxt və şəkildə, heç bir səbəb olmadan və əvvəlcədən xəbərdar etmədən yeniləmək hüququna malikdir və bu cür yeniləmələrin hər hansı nəticəsi üçün heç bir məsuliyyət daşımır.

Azərbaycanın turizm potensialı haqqında hərtərəfli məlumat vermək üçün bu veb-sayt digər veb-saytlar, fərdi səhifələr və ya digər mənbələr kimi fərqli xarici ünvanlara bağlantıları ehtiva edir. ATB xarici bağlantılardakı giriş, məzmun və ya səhvlər üçün heç bir məsuliyyət daşımır və həmin xarici bağlantılardakı məxfilik və şəxsi məlumatların qorunması üçün cavabdeh deyil.

 

Zərərin ödənilməsi

İstifadəçilər “Müddəalar və şərtlər”in istənilən şəkildə əməl etmədikdə hər hansı və (ya) bütün öhdəlikləri, xərcləri, tələbləri, hərəkət səbəbləri, zərər və ziyanı ATB-yə ödəməyə razıdırlar.

         

Tətbiq olunan qanunvericilik

Bu “Müddəalar və şərtlər” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir və şərh olunur və bu “Müddəalar və şərtlər”dən irəli gələn mübahisələr Azərbaycan Respublikasında yerləşən məhkəmələrdə həll ediləcəkdir.

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.