23 fevral 2021

AHA artıq üzvlərə hüquqi dəstək təklif edir

Azərbaycan Hotellər Assosiasiyası üzv dəstəyi proqramının nəzdində, üzvlər üçün xüsusi olaraq hüquqi dəstək proqramını açıq elan edir.

Azərbaycan Hotellər Assosiasiyası üzv dəstəyi proqramının nəzdində, üzvlər üçün xüsusi olaraq hüquqi dəstək proqramını açıq elan edir. 

Azərbaycan Hotellər Assosiasiyasının üzvləri müraciət etməklə aşağıdakı siyahıda qeyd olunmuş məlumatları yazılı və ya şifahi olaraq, təmənnasız şəkildə əldə edə bilərlər:

  • Əmək məcəlləsi, qonaq yerləşdirmə müqavilələri, turizm qanunu, immiqrasiya qanunu ilə əlaqəli qısa açıqlamalar;
  • Hotel idarəetməsi ilə bağlı qısa açıqlamalar (idarəetmə müqaviləsi, icarə, əməyin təhlükəsizliyi);
  • Hotelə məxsus ümumi hüquqi məlumat;
  • Vəkillərin və məsləhətçilərin vasitəçiliyi;
  • Qonaq Şikayətlərinin İdarəsi;

İnsan resursları sahəsində:

  • iş vaxtı, istirahət vaxtı və məzuniyyət uçotu əsasında;
  • xəstəlik, qəza, analıq və hərbi xidmət üçün mühasibat;
  • ezamiyyə zamanı yemək və yaşayış xərclərini qiymətləndirmək;
  • sosial təminat hüququ haqqında;

Maraqlanan üzvlər problemin təsviri ilə bizə [email protected] elektron poçt ünvanına müraciət edərək proqramdan yararlana bilərlər.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.