27 yanvar 2021

AHA İdarə Heyəti ilə ilin ilk görüşünü keçirmişdir

27 Yanvar tarixində, AHA ilin ilk İdarə Heyəti Seçkilərini həyata keçirmişdir.

27 Yanvar tarixində, AHA ilin ilk İdarə Heyəti görüşünü həyata keçirmişdir. Nəzərinizə çatdıraq ki, AHA olaraq 2021-ci ildə pandemiya sonrası dövrdə qonaqpərvərlik sənayesinin sürətli və xüsusilə təhlükəsiz şəkildə bərpa edilməsinə yönəldilmiş layihələri xüsusi olaraq hədəfləyirik. Görüş nəticəsində təhsilə, lobbiçiliyə, marketinq və regional inkişafa xüsusi diqqət ayrılaraq yeni layihələr təyin edildi. İnanırıq ki, üzv hotellərimizin əməkdaşlığı ilə AHA vəziyyətin yaxşılaşdırılması ilə bağlı lazımi addımların atılmasında öz xüsusi dəstəyini göstərəcəkdir. Bir daha xatırlatmaq istərdik ki, AHA İdarə Heyəti üzvləri 17 Dekabr tarixində 3-cü Baş Assambleya zamanı səs çoxluğu ilə seçilmişdir.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.