11 yanvar 2021

Azərbaycanda plastik istehlakını minimuma endirilməsini hədəfləyən qanun qəbul edilib

Ticarət, iaşə və xidmət obyektlərində polietilen məhsulların istehlakı ətraf mühitin çirklənməsində böyük rol oynayır. Azərbaycan Respublikasının Milli Məclisi plastik istehlakın minimuma endirilməsini hədəf alan düzəliş qəbul etmişdir.

Ticarət, iaşə və xidmət obyektlərində polietilen məhsulların istehlakı ətraf mühitin çirklənməsində böyük rol oynayır. Azərbaycan Respublikasının Milli Məclisi plastik istehlakın minimuma endirilməsini hədəf alan düzəliş qəbul etmişdir.

1. Dəyişikliyin məzmunu: 26 noyabr 2020-ci il tarixində ətraf mühitin mühafizəsi haqqında Qanununun 46-cı maddəsinə aşağıdakı abzas əlavə edilmişdir:

“Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır”.

2. İnzibati cərimələr: İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 275.4.-cü maddəyə əsasən aşkar olunan plastik materiallar müsadirə ediləcək və tətbiq ediləcək cərimə miqdarı aşağıdakı kimidir: 

  • vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək,
  • hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə tətbiq olunur.

Cərimə edilmiş şəxslər qərarın qüvvəyə mindiyi gündən 1 il ərzində əməlin təkrar törədilməsinə görə,

  • vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək,  
  • hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə tətbiq olunur.


3. Polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların satılması və ya verilməsi ilə bağlı inzibati cərimələrin tətbiq edilməsinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi səlahiyyətlidir.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.