17 dekabr 2020

Azərbaycan Hotel Assosiasiyasının 3-cü Baş Assambleyası virtual formatda baş tutmuşdur

Azərbaycan Hotel Assosiasiyası 17 noyabr tarixində 3-cü Baş Assambleyasını keçirmişdir. Artıq 2-ci yaşını keçirən AHA, bütün bu zaman ərzində daha da böyüyərək üzvlərimizin davamlı dəstəyi ilə daha da güclənmişdir.

Azərbaycan Hotel Assosiasiyası 17 noyabr tarixində 3-cü Baş Assambleyasını keçirmişdir.
Artıq 2-ci yaşını keçirən AHA, bütün bu zaman ərzində daha da böyüyərək üzvlərimizin davamlı dəstəyi ilə daha da güclənmişdir. Baş Assambleya tədbiri AHA üçün yalnız üzvlərə hesabatdan ibarət deyildir, həmçinin bu çətin ildə bizimlə birgə qaldığınız üçün sizlərə minnətdarlığımızdır.
Virtual tədbir boyunca AHA pandemiya zamanı fəaliyyəti haqda hesabat verərək illik büdcəsini təsdiqlədi. Həmçinin, nəhayət ki Milli Ulduz Təsnifatı prosesinin rəsmi şəkildə başlanması təsdiqləndi. Azərbaycan Turizm Bürosu və Dövlət Turizm Agentliyi rəsmiləri hotellərə turizm sənayesinin post pandemiya siyasəti haqda ətraflı məlumat verdi. Üzvlərimizi maraqlandıran bütün sualları cavablandırmaq üçün təşkil olunan panel müzakirəsində İqtisadiyyat Nazirliyi, DTA, KOBİA, Sahibkarlığın İnkişafı Fondu və AQTA iştirak edirdi.

Tədbirdə təqdim etdiyimiz hesabat və təqdimatları aşağıdakı keçidlərdən əldə edə bilərsiniz.

AHA Baş Assambleya Prezentasiya

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.