19 oktyabr 2020

Virtual Arenada Azərbaycanın səsi olun!

Son günlərdə internetdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səhv və saxtalaşdırılmış məlumatlar dövr edir.

Son günlərdə Dağlıq Qarabağ münaqişəsinin yenidən gündəmə gəlməsi ilə, ermənipərəst şəxslər tərəfindən olunan təxribatların və saxta məlumatların yayılması halı artmışdır. Hal-hazırda bir azərbaycanlı vətəndaşı kimi həqiqətin dünyaya çatdırılmasında  hamımızın rolu olmalıdır.  AHA olaraq, qonaqpərvərlik sənayesini bu mötəbər təşəbbüsə qoşulmağa və virtual arenada Azərbaycanın səsi olmağa çağırırıq. Gəlin birgə bu məlumat savaşına öz dəstəyimizi göstərək. 

  • İctimaiyyətə açıq bir profil istifadə edin;
  • Yalnız müvafiq dövlət qurumları tərəfindən təsdiqini tapmış xəbərləri paylaşın;
  • Mövzuya uyğun həştəqlərdən istifadə edin;
  • Beynəlxalq xəbər mənbələrinin sosial medya hesablarını işarələyin;
  • Rəsmi dövlət qurumları tərəfindən paylaşılmış məlumatları öz səhifələrinizdə paylaşın;
  • Ermənipərəst şəxslər tərəfindən olunmuş paylaşımları heç bir halda öz səhifənizdə paylaşmayın, və ya rəy yazmayın: bu yalnız o paylaşımların populyarlığını artırır. Məsləhətlidir ki, belə halla rastlaşdıqda heç bir sərt reaksiya vermədən, yalnız report edəsiniz;
  • Paylaşım edərkən, və ya şərh yazarkən hər hansı bir sarkazm, sərt reaksiya, nalayiq, və ya yersiz ifadələrdən çəkinin. Bu, yalnız ölkə imicinə zərər verir və yazıların silinməsinə və ya hesabların müvəqqəti və ya daimi məhdudlaşdırılmasına səbəb ola bilər;

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.