11 sentyabr 2020

2021-ci il Üzvlüyü üçün artıq Müraciətlər Qəbul Olunur!

Hotellərin 2021-ci il üzvlüyünə müraciət etməsi üçün AHA rəsmi vebsaytında qeydiyyatdan keçməyi kifayətdir.

Bu il hamımız üçün çətin oldu; pandemiya yayılması, sərhədlərin bağlanması, qlobal karantin tədbirləri. Birlikdə bir çox çətinliklərin öhdəsindən gəldik və AHA bu vaxt ərzində istər vaxtında və yenilənmiş məlumatları paylaşmaqla, istər yeni tədbirlər və standartların həyata keçirilməsinə kömək etməklə, istərsə də hotellərin maraqlarını dövlət orqanları ilə lobbi etməklə qonaqpərvərlik sənayesini davamlı şəkildə dəstəkləyirdi. Bütün hotelləri 2021-ci ildə AHA-ya qoşularaq, qonaqpərvərlik sənayesinin səsinin daha güclü gəlməsində dəstək olmağa çağırırıq. Üzv olmaq üçün rəsmi vebsaytımızda Fərdi Üzvlər bölməsinə daxil olaraq üzvlüyə müraciət ərizəsini doldurmağınız kifayətdir. Üzvlüklə bağlı ətraflı məlumat və konsultasiya üçün [email protected] e-poçtu ilə əlaqə saxlaya bilərsiniz.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.