28 avqust 2020

Azərbaycan Hotel Assosiasiyası Referans Medical Group ilə əməkdaşlıq edir

Bu əməkdaşlıq çərçivəsində AHA üzvü hotellər xüsusi qiymətlərdən və həkimlər tərəfindən təşkil olunan ödənişsiz konsultasiyalardan faydalana biləcəklər

Azərbaycan Hotel Assosiasiyası, Azərbaycanının aparıcı tibb mərkəzlərindən olan - Referans Medical Group ilə əməkdaşlığa başlamışdır. Bu tərəfdaşlıq çərçivəsində AHA üzvü olan hotellər işçilər üçün nəzərdə tutulan, COVİD-19 laboratorik analizlər üçün xüsusi təkliflərdən və həkim konsultasiyasından faydalanacaqlar. Xüsusi təklif işçi sayından və hotelin yerləşdiyi regiondan asılı olmayaraq yalnız üzv hotellərə şamil olunacaq. Bundan əlavə, Referans Medical qrupunun mütəxəssisləri və həkimləri qonaq və mehmanxana işçilərinin təhlükəsizliyini təmin etmək üçün hotellərdə və hotel tipli müəssisələrdə respirator-tənəffüs yoluxucu xəstəliklərə qarşı mübarizə və profilaktikada mütəmadi olaraq xüsusi yerlərdə konsultasiyalar və onlayn məlumat sessiyaları keçirəcəklər.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.