14 avqust 2020

AHA Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 287 nömrəli qanuna baxılması və icrası ilə əlaqədar STA sədrinə məktub ünvanlamışdır

Məktub ekspert qrupunun və hotelçilərin rəy və təklifləri əsasında hazırlanmışdır

Azərbaycan Hotellər Assosiasiyası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili” adlı qərarın yenidən nəzərdən keçirilməsi və tətbiqi ilə bağlı müzakirəsi üçün ekspert komissiyası yaratmışdır.

12 Avqust tarixində komissiya və Dövlət Turizm Agentliyinin nümayəndələri arasında keçirilən görüşdə, üzv hotellər qərar haqqındakı görüşlərini, eləcə də sual və təkliflərini irəli sürmüşdür. Hotellər, həmçinin pandemiya şəraitində yenidən açılışa hazırlıqla bağlı etdiyi işləri və yeni strategiyalarını bölüşmüşdür.

14 Avqust tarixində AHA, üzv hotellər tərəfindən irəli sürülmüş qonaqların və otel işçilərinin təhlükəsizliyini və təhlükəsizliyini təmin etmək üçün yeni tədbirlərin həyata keçirilməsində vacib təklif və sorğuları əsasında rəsmi məktub hazırlayaraq, DTA rəhbərliyinə rəsmi məktub ünvanlamışdır.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.