Ülfət Əhmədov

Ulduz Təsnifatı İnspektoru

Ülfət Əhmədov 1976-cı ildə Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Texniki Universitetinin Mexanika Mühəndisliyi fakültəsini bitirib. 2009-cu ildə Penn Foster Karyera Məktəbinin hotel və restoran idarəetmə Fakültəsini bitirdi.

Ülfət Əhmədov, Daxili İşlər Nazirliyinin "Siqnal" Xüsusi Müəssisəsində 1995 - 1997-ci illərdə Mühəndis vəzifəsində çalışmışdır. Ülfət 16 ildən çox Hyatt Regency Baku hotelində işləmiş və təhlükəsizlik departamenti menecerinin köməkçisi, həmçinin Hyatt Hotels Baku-da sağlamlıq və təhlükəsizlik məsələləri üzrə məsul şəxs olmuşdur. Ülfət 2020-ci ilin fevral ayından etibarən Azərbaycan Hotel Assosiasiyasının ulduz təsnifat üzrə inspektor vəzifəsində çalışmağa başlamışdır.

Ü. Əhmədov 2 il Azərbaycan Respublikası Silahlı Qüvvələrində minaatan batareyası komandiri kimi xidmət edib və baş leytenant rütbəsi qazanmışdır. Ailəlidir, 2 övladı var.

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.