Martin Kleinmann

Prezident

“Absheron Hotel Group”-un Baş icraçı direktoru

Martin Kleinmann 2019-cu ilin yanvar ayından Azərbaycanda aparıcı hotel idarəetmə şirkəti olan “Absheron Hotel Group”un baş direktorudur. Onun ABŞ, Avropa, Yaxın Şərq, Afrika və Asiyada “InterContinental”, “Raffles Hotel and Resorts”, “The Ritz Carlton” və “Marriott International” kimi beynəlxalq brendlərdə iyirmi beş illik qonaqpərvərlik təcrübəsi var.

Martin Kleinmann “Absheron Hotel Group”a qoşulmazdan öncə beş il “JW Marriott Absheron Baku”da Baş meneceri kimi çalışmışdır. 2014-cü ilin yanvar ayında Azərbaycana gəlişindən öncə Bəhreyn, Qahirə, İstanbul və Şençjendə “The Ritz Carlton Hotel”lərinin Baş meneceri olub. 2019-cu ilin fevralından Azərbaycan Hotel Assosiasiyasının Prezidentidir.

Martin Kleinmann 1997-ci ildə “InterContinental Hotel Group”-da təlim və təcrübə çərçivəsində Almaniyanda yerləşən “Hotel Business School Bad Überkingen”də bakalavr dərəcəsi almış və bundan əlavə, Kornell Universitetinin çoxsaylı sertifikatlarını əldə etmişdir.

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.