15 dekabr 2023

“İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda I elmi-praktiki konfrans keçirildi

Dekabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ağdamda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda I elmi-praktiki konfransı keçirilib.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində turizm potensialı və mövcud resurslardan səmərəli istifadə üsullarının, eləcə də sektorun sürətli inkişafı üçün təkliflərin müzakirə olunması məqsədilə təşkil olunan konfransda AHA-nın sədri Eldar Əlimuradov iştirak edib.

Dövlət orqanlarının nümayəndələri, investorlar, turizm sənayesinin təmsilçilərinin iştirak etdiyi müzakirələrin sonunda auditoriyanın sualları cavablandırılıb.

Konfransdan öncə Memorial Xatirə Kompleksini ziyarət edilib, şəhidlərin ruhuna ehtiram olaraq kompleksin önünə gül dəstələri düzülüb.

 

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.