15 sentyabr 2023

Destinasiya satış və marketinqi strategiyasının inkişafı istiqamətində görüş keçirildi

15 Sentyabr tarixində 45-ə yaxın üzv hotel destinasiyanın təşviqi üçün gələcək planlarla bağlı açıq müzakirə toplantısında iştirak etdi.
JW Marriott Absheron Baku hotelinin Satış Direktoru Fərəh Mənsimovanın rəhbərliyi ilə İşçi Qrup yenidən yaradıldı.

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Sengstschmid və onun komandasına görüşdə iştirak və destinasiyanın gələcək inkişafı, strategiyalar haqqda geniş məlumat üçün xüsusi təşəkkür edirik.

Görüşdə üzv hotellərin satış liderləri statistik məlumatlar və görüşlərini paylaşdılar, həmçinin ölkənin təşviqatı üzrə fəaliyyəti genişləndirmək üçün işçi qrupu ilə əməkdaşlığa başlamaq razılaşdırıldı.

İştirakçıların müzakirədə aktiv iştirakını görmək çox xoş idi və ən qısa zamanda işçi qrupun uğurlu fəaliyyətinə ümid edirik.

Görüşə ev sahibliyi etdiyi üçün JW Marriott Absheron Baku hotelinin menecmentinə xüsusi təşəkkür edirik!

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.